Ermənistan Ruslan Pənahovu Azərbaycana təhvil vermək barədə qərar qəbul edib

Ermənistan Ruslan Pənahovu Azərbaycana təhvil vermək barədə qərar qəbul edib

Rəsmi İrəvan azan hərbi qulluqçumuz Ruslan Pənahovun xoşməramlılıq əlaməti olaraq və ikitərəfli razılaşma əsasında tez bir zamanda Azərbaycana təhvil verilməsi barədə qərar qəbul edib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd edək ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Ermənistan tərəfi isə şərti sərhədi keçən Azərbaycan əsgərinin saxlanıldığını bildirib. Bundan sonra onun barəsində bir neçə uydurma ittiham üzrə cinayət işi başlanılıb.