Sabah üç rayonun bəzi ərazilərində qaz təminatında fasilə yaranacaq

Sabah üç rayonun bəzi ərazilərində qaz təminatında fasilə yaranacaq

Sabah Quba, Samux və Saatlı rayonlarının bir hissəsinin qaz təminatında fasilə yaranacaq.

Bu barədə "Birxeber.Az"a "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, Quba rayonunun Nügədi kəndində istismarda olan d-219 mm-lik qaz xəttində, Samux rayonunun Ziyadlı, Qovlarsarı və İstixana kəndlərindəki qaz xəttində, Saatlı rayonunun kəndlərini təbii qazla təmin edən diametri 315 mm-lik PE orta təzyiqli “Qarayevkənd” yeraltı qaz kəmərində “Təmiz-Qaz” QSC tərəfindən aşkar edilmiş sızmalarının ləğvi ilə əlaqədar 05.03.2024-cü il tarixində saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.