Ermənistan Ruslan Pənahovu Azərbaycana qaytaracaq - YENİLƏNİB

Ermənistan Ruslan Pənahovu Azərbaycana qaytaracaq - YENİLƏNİB

İrəvan azaraq şərti sərhədi keçdiyinə görə tutulan Azərbaycan əsgərini geri qaytarmağa qərar verib.

APA xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, azan hərbi qulluqçuların tez bir zamanda geri qaytarılması ilə bağlı Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşmaya əsasən, eyni zamanda xoşməramlı jest olaraq, Ruslan Pənahovun Azərbaycana təhvil verilməsi barədə qərar qəbul edilib.

***

Saat 21:44

Ermənistan İstintaq Komitəsi azərbaycanlı hərbçi Ruslan Pənahovla bağlı cinayət təqibinə xitam verib.

APA xəbər verir ki, bu barədə Ermənistan kütləvi informasiya vasitələri məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Ermənistan tərəfi isə şərti sərhədi keçən Azərbaycan əsgərinin saxlanıldığını bildirib.