Aİ gələn ildən Ukrayna qazının tranzitindən imtina edəcək

Aİ gələn ildən Ukrayna qazının tranzitindən imtina edəcək

Avropa İttifaqı 2025-ci ildən Ukrayna qazının tranzitindən imtina edəcək.

"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson Aİ Şurasının energetika nazirləri səviyyəsində keçirilən iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Hazırda qurum qaz ehtiyatlarının saxlanması üçün Ukrayna anbarlarından istifadə imkanlarını öyrənir.

Bununla yanaşı, komissar etiraf edib ki, Aİ ölkələri Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) alışına qadağa qoyulmasını dəstəkləmir.