Yeni radionun açılması üçün müsabiqəyə sənəd qəbulu başa çatıb

Yeni radionun açılması üçün müsabiqəyə sənəd qəbulu başa çatıb

Audiovizual Şuranın elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb.

Şuradan Birxeber.Az-ya verilən xəbərə görə, ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün Azərbaycan Respublikası Audiovizual Şurasının 23 yanvar 2024-cü il tarixdə elan etdiyi müsabiqə üzrə sənəd qəbulu başa çatıb. Müsabiqəyə 2 ərizəçi sənədlərini təqdim edib:

"Sağlam Media" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Sağlam Radio")

"Orion Sky" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Həyat FM")

"Media haqqında" Azərbaycan Respublikası Qanununun 52.4-cü maddəsinə əsasən növbəti 10 iş günü müddətində təqdim olunmuş sənədlərə baxılacaq və ərizəçilərin müsabiqəyə buraxılmaları və ya müsabiqəyə buraxılmasından imtina edilmələri barədə qərarlar qəbul ediləcək.