Şolts Assanjın ABŞ-a ekstradisiyasına qarşıdır

Şolts Assanjın ABŞ-a ekstradisiyasına qarşıdır

Almaniya Kansleri Olaf Şolts Culian Assanjın ABŞ-a ekstradisiyasına qarşıdır.

APA DW-yə istinadən xəbər verir ki, bu barədə Almaniya Kansleri peşə məktəbində tələbələrlə görüşdə sualı cavablandırarkən deyib.

"Düşünürəm ki, Britaniya məhkəmələri ona (Culian Assanja - red.) lazımi müdafiəni versə, yaxşı olardı, çünki onun ABŞ-ın dövlət sirlərinə xəyanət etdiyi faktını nəzərə alsaq, onu orada təqib gözləyir”, - Şolts bildirib.

Kansler Şolts bunun baş vermə şansının artdığını güman etdiyini söyləyib.

Qeyd edək ki, ABŞ hökuməti Culian Assanjı casusluq ittihamı ilə ABŞ-da mühakimə etmək istəyir. Günahı sübuta yetirilərsə, onu 175 ilə qədər həbs cəzası gözləyir. Vaşinqton Assanjı ABŞ-ın İraq və Əfqanıstandakı hərbi əməliyyatlarına dair məxfi materialları Çelsi (daha əvvəl Bredli kimi tanınırdı - red.) Manninqlə birlikdə oğurlamaqda, dərc etməkdə və bununla da ABŞ-la əməkdaşlıq edənlərin həyatını təhlükəyə atmaqda ittiham edir.