Bakıda QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin I görüşü keçiriləcək

Bakıda QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin I görüşü keçiriləcək

Bakıda aprelin 22-23-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin nümayəndələrinin I görüşü keçiriləcək.

“Birxeber.Az” xəbər verir ki, bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb.

Tədbir çərçivəsində yerli şərabların təqdimatı keçiriləcək, həmçinin Atəşgah və İçərişəhərə ekskursiyalar təşkil ediləcək.

Görüşdə Albaniya, Türkiyə, Gürcüstan, Moldova, Rumıniya, Serbiya, Ukrayna, Bolqarıstan, Yunanıstan, Makedoniya və Rusiyadan qonaqlar iştirak edəcəklər.