Masallıda yeraltı qazıntı zamanı boru zədələnib, 800 abonent qazsız qalıb

Masallıda yeraltı qazıntı zamanı boru zədələnib, 800 abonent qazsız qalıb

Masallıda yeraltı qazıntı zamanı boru zədələnib.

"Birxeber.Az"un yerli bürosunun məmulatına görə, rayonun Səmidxan kəndində yeraltı kabelin çəkilməsi üçün qazıntı işləri aparılan zaman diametri 160 mm-lik boru zədələnib.

Nəticədə 800 abonentin qaz təminatı dayandırılıb.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.