Rusiyada neft anbarı yanıb

Rusiyada neft anbarı yanıb

Rusiyanın Krasnodar vilayətindəki neft anbarında yanğın olub.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hadisə Tuapse şəhərində yerləşən neft anbarının ərazisində qeydə alınıb.

İlkin məlumatlara görə, tələfat yoxdur.

Hazırda yanğınsöndürmə işləri aparılır.