Ərdoğanın sədrliyi ilə Türkiyə Nazirlər Kabinetinin iclası keçirilir

Ərdoğanın sədrliyi ilə Türkiyə Nazirlər Kabinetinin iclası keçirilir

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilir.

“Report” xəbər verir ki, toplantı prezident iqamətgahında baş tutur.

Toplantının əsas müzakirə mövzuları Qəzzadakı vəziyyət, F-16 qırıcılarının tədarükü, həmçinin terrorla mübarizədir.

Bundan başqa, digər daxili məsələlər, o cümlədən Ramazan bayramı ərəfəsində qiymət artımına nəzarət də gündəlikdədir.