Dövlәt Dәniz vә Liman Agentliyi auditor seçir

Dövlәt Dәniz vә Liman Agentliyi auditor seçir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlәt Dәniz vә Liman Agentliyi 2023-cü il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

“Birxeber.Az” xəbər verir ki, tenderdə iştirak haqqı 63 manatdır.

İddiaçılar təkliflərini aprelin 9-na qədər Agentliyin Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 2 B ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə aprelin 9-da, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.