Xaçmazda özünü qatarın altına ataraq ölən şəxsin kimliyi bilinib - YENİLƏNİB

Xaçmazda özünü qatarın altına ataraq ölən şəxsin kimliyi bilinib - YENİLƏNİB

Xaçmaz dəmir yolu stansiyasının yaxınlığında özünü hərəkətdə olan qatarın altına ataraq ölən şəxsin kimliyi bilinib.

"Birxeber.Az"un Şimal bürosunun məlumatına görə, o, Xaçmaz rayon sakini 1994-cü il təvəllüdlü Hüseynov Mehdi Fəxrəddin oğludur.

Faktla bağlı araşdırma aparılır.

15:51

Bu gün saat 14:15 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus yol təmiri maşını (drezin) Xaçmaz stansiyasında hərəkətdə olarkən bir nəfər naməlum şəxs qəfil qatarın qarşısına çıxıb.

"Birxeber.Az" bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində dünyasını dəyişib.