Ukraynada nazirliklərin sayı azaldıla bilər

Ukraynada nazirliklərin sayı azaldıla bilər

Ukraynada nazirliklərin sayı azaldıla bilər.

APA xəbər verir ki, bu barədə ölkənin Baş naziri Denis Şmıqal bildirib.

Onun sözlərinə görə, nazirliklərin üçdə bir hissəsi ixtisara salına bilər:

"Biz nazirliklərin, dövlət qulluqçularının sayını azaltmaq istəyirik”.

Hökumət başçısının fikrincə, nazirlərin sayı 15-16 olmalıdır və müvafiq olaraq, nazirliklərin sayı 15-16 nəzərdə tutulur ki, bu, optimal rəqəmdir.

“Bu il dövlət qurumlarında 20 min vakant yer ixtisar edilib”, - deyə Şmıqal əlavə edib.