Bakıda bu il yol qəzalarında 25 nəfər ölüb, 46 nəfər xəsarət alıb

Bakıda bu il yol qəzalarında 25 nəfər ölüb, 46 nəfər xəsarət alıb

Bakıda bu il iki ay ərzində 62 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə APA-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, cari ilin yanvar və fevral aylarında ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 62 fakt, qəza nəticəsində ölənlərin sayı 25 nəfər, xəsarət alanların sayı isə 46 nəfər olub.

Ötən ilin müvafiq ayları ilə müqayisədə qəzaların sayı 3 fakt (4,6 faiz), ölənlərin sayı 7 nəfər (21,9 faiz), xəsarət alanların sayı isə 8 nəfər (14,8 faiz) azalıb.