Azərbaycan-NATO əlaqələrinin inkişafı müzakirə edilib

Azərbaycan-NATO əlaqələrinin inkişafı müzakirə edilib

“NATO günləri” çərçivəsində ölkəmizdə səfərdə olan NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Baş Qərargah rəisinin müavini kontr-admiral Qunnşteyn Brusdalın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 22-də Milli Müdafiə Universitetini ziyarət edib.

Bu barədə "Birxeber.Az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyev qonaqları salamlayaraq, NATO ilə əməkdaşlıq çərçivəsində təşkil olunan görüşlərin hər iki tərəf üçün səmərəli olduğunu bildirib. Ölkəmizin NATO ilə mövcud hərbi əməkdaşlığının bundan sonra daha da genişləndirilməsində maraqlı olduğu qeyd edilib.

Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən kontr-admiral Q.Brusdal Azərbaycan Ordusunun müxtəlif sahələrində görülən işlərin hərbi təhsil sahəsinə də müsbət təsir etdiyini xüsusi vurğulayıb. Azərbaycan Ordusunun hərbi qulluqçularının NATO-nun müxtəlif proqramları çərçivəsində fəaliyyətlərini yüksək qiymətləndirən qonaq Azərbaycan ilə NATO arasında əlaqələrin uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Sonra Milli Müdafiə Universitetinin və onun nəzdindəki digər hərbi təhsil müəssisələrinin fəaliyyət istiqamətləri, strukturu və qarşıda duran vəzifələri ilə bağlı qonaqlara brifinq təqdim olunub.

NATO nümayəndə heyəti də öz növbəsində, NATO-nun tarixi, strukturu və Azərbaycan-NATO əlaqələrini özündə əks etdirən prezentasiyaları dinləyicilərə təqdim edib.

Sonda qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

HƏRBİ HƏRBİ
Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib

Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib

HƏRBİ HƏRBİ
Azərbaycan hərbçisi özünü güllələyərək öldürüb

Azərbaycan hərbçisi özünü güllələyərək öldürüb

HƏRBİ HƏRBİ
Zakir Həsənov müşavirə keçirib, təxribatların qarşısının alınması barədə konkret tapşırıqlar verib

Zakir Həsənov müşavirə keçirib, təxribatların qarşısının alınması barədə konkret tapşırıqlar verib

HƏRBİ HƏRBİ
"Azərbaycan-Türkiyənin dəmir yumruğu istənilən düşmənin başına endirilə bilər" - RƏY

"Azərbaycan-Türkiyənin dəmir yumruğu istənilən düşmənin başına endirilə bilər" - RƏY

HƏRBİ HƏRBİ
Azərbaycan Ordusunun Quru Qoşunlarında döyüş atışlı taktiki təlimlər keçirilib

Azərbaycan Ordusunun Quru Qoşunlarında döyüş atışlı taktiki təlimlər keçirilib

HƏRBİ HƏRBİ
Azərbaycanın hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətə başlayıb

Azərbaycanın hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətə başlayıb

HƏRBİ HƏRBİ
Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu həbs edilib

Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu həbs edilib

HƏRBİ HƏRBİ
Bakıda NATO-nun proqramı çərçivəsində treninq keçirilir

Bakıda NATO-nun proqramı çərçivəsində treninq keçirilir

HƏRBİ HƏRBİ
Müdafiə Nazirliyi: "Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası keçiriləcək"

Müdafiə Nazirliyi: "Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası keçiriləcək"

HƏRBİ HƏRBİ
Azərbaycan xüsusi təyinatlılarının İranla sərhəddə keçirilən təliminin növbəti mərhələsi icra edilib

Azərbaycan xüsusi təyinatlılarının İranla sərhəddə keçirilən təliminin növbəti mərhələsi icra edilib

HƏRBİ HƏRBİ
MN: "Yaşayış məntəqələrimizin adları hələ də uydurma erməni toponimləri ilə qeyd olunur"

MN: "Yaşayış məntəqələrimizin adları hələ də uydurma erməni toponimləri ilə qeyd olunur"

HƏRBİ HƏRBİ
Hərbi qulluqçuların icbari narkoloji müayinədən keçməsi qaydası təsdiqlənib

Hərbi qulluqçuların icbari narkoloji müayinədən keçməsi qaydası təsdiqlənib