Şolts İsveçin NATO üzvü olacağına əmindir

Şolts İsveçin NATO üzvü olacağına əmindir

İsveç əvvəl-axır NATO-ya üzv olacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, Almaniya kansleri Olaf Şolts Berlində Slovakiyanın baş naziri Robert Fiko ilə birgə mətbuat konfransında buna əminliyini bildirib.

“Mən çox əminəm ki, Finlandiyadan sonra İsveç də NATO üzvü olacaq. İndi biz Macarıstanın təsdiqini almaq istəyirik və əminəm ki, bu da olacaq. İnanıram ki, bütün lazımi qərarlar çox yaxında qəbul olunacaq”, – o qeyd edib.

Qeyd edək ki, Macarıstan hökuməti İsveçin 2022-ci ilin yayında NATO-ya daxil olması ilə bağlı sazişin ratifikasiyası üçün qanun layihəsini parlamentə təqdim edib. Sənəd komitələrdə müzakirə edilib və rəsmi olaraq parlamentin 2023-cü il üçün iş proqramına daxil edilib. O həmçinin 2024-cü ilin yaz sessiyasının proqramına daxil ediləcək.