“AzerGold” gələn il hasilata başlanılacaq 3 qızıl yatağının istismarı üzrə təqdimat keçirib

“AzerGold” gələn il hasilata başlanılacaq 3 qızıl yatağının istismarı üzrə təqdimat keçirib

“AzerGold” QSC tərəfindən 2023-cü ildə hasilatına başlanılması planlaşdırılan “Tülallar”, “Ağyoxuş-2” və “Ağyoxuş-3” qızıl yataqları üzrə istismar layihələrinin Ətraf və Sosial-İqtisadi Mühitə Təsirlərinin Qiymətləndirilməsi sənədi (ƏSİMTQ) ictimaiyyətə təqdim edilib.

Bu barədə “Report"a “AzerGold”dan məlumat verilib.

Bildirilir ki, ictimai iştirakçılıq haqqında qanunvericiliyə uyğun olaraq ətraf mühit dəyişiklikləri və problemlərin həlli üzrə ixtisaslaşmış tədqiqat, məsləhət və mühəndislik şirkəti olan “İqlim LTD” MMC tərəfindən təşkil edilən təqdimat mərasimində elmi təşkilatlar, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə istismarı planlaşdırılan sahələr və ətraf ərazilərin fiziki-coğrafi, meteoroloji şəraiti, iqlimi, həmçinin bioloji müxtəlifliyinə dair təfsilatlı ekoloji monitorinq və elmi tədqiqat işlərinin icra edildiyi, planlaşdırılan hasilatın təbii və sosial-iqtisadi mühitə gözlənilən təsirlərinin qiymətləndirildiyi qeyd olunub, bu ilin noyabr ayında Ekologiya və Təbii Sərvətlər Naziriyinin tabeliyində Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən sənədə müsbət rəy verildiyi diqqətə çatdırılıb.

Sənəddə istehsalat prosesi nəticəsində yarana biləcək bütün növ tullantıların qanunamüvafiq şəkildə idarə olunması, boş süxurların tullantı anbarlarında təhlükəsizlik tədbirlərinin görülməsi, istismar işlərinin yerinə yetirilməsi zamanı suya qənaət mexanizmlərinin tətbiq edilməsi və s. bu kimi konkret tədbirlər öz əksini tapıb. Görüş iştirakçıları tərəfindən ƏSİMTQ sənədinin dağ-mədən sənayesi üçün mövcud tələblərə uyğun işlənildiyi xüsusi olaraq bildirilib, sənəddə əksini tapan məsələlərin icrasının bölgədəki biomüxtəlifliyinin qorunması baxımından vacibliyi qeyd olunub.

Qeyd edək ki, “Çovdar” qızıl yatağının nisbətən yaxınlığında, Göygöl rayonunun inzibati ərazisində yerləşən “Ağyoxuş-2”,“Ağyoxuş-3” və “Tüllallar” qızıl yataqları bu ilin avqustun 15-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dövlət balansına qəbul edilib.

“Ağyoxuş-2” və “Ağyoxuş-3” qızıl yataqlarının çıxarılabilən ümumi qızıl ehtiyatı 31,507 unsiya, “Tülallar” qızıl yatağının çıxarılabilən qızıl ehtiyatı isə 84,787 unsiya təsdiq olunub. Sözügedən yataqlardan hasil ediləcək nəcib metal filizlərinin emalı Cəmiyyətin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində həyata keçiriləcək. Bununla da müstəqil şəkildə iqtisadi səmərəsizlik riski daşıyan “Ağyoxuş-2”,“Ağyoxuş-3” və “Tüllallar” qızıl yataqlarının əlavə kapital qoyulmadan, eləcə də yeni emal zavodu və müvafiq infrastruktur qurulmadan iqtisadi səmərəliliyi təmin ediləcək. Nəticədə qeyd edilən yataqların istismarı ilə ölkə iqtisadiyyatına xarici valyutada milyonlarla manat vəsait cəlb ediləcək, qeyri-neft sənayesinin inkişafı, yeni iş yerlərinin açılması, o cümlədən yatağın yerləşdiyi bölgənin sosial-iqtisadi tərəqqisinə ciddi töhfələr veriləcək.

Sənaye Sənaye
Azərbaycanın sənaye zonalarından ixrac 55% artıb

Azərbaycanın sənaye zonalarından ixrac 55% artıb

Sənaye Sənaye
Azərbaycanda 2 yatağın mineral ehtiyatları yenidən qiymətləndirilib

Azərbaycanda 2 yatağın mineral ehtiyatları yenidən qiymətləndirilib

Sənaye Sənaye
"Azərbaycan Sənaye Korporasiyası"nda kadr dəyişikliyi olub

"Azərbaycan Sənaye Korporasiyası"nda kadr dəyişikliyi olub

Sənaye Sənaye
“ASK Tekstil”i özəlləşdirmək 30-dan artıq xarici şirkətə təklif olunub

“ASK Tekstil”i özəlləşdirmək 30-dan artıq xarici şirkətə təklif olunub

Sənaye Sənaye
Britaniya şirkəti Qarabağdakı biznes hüquqlarının bərpası üçün beynəlxalq qurumlardan dəstək istəyib

Britaniya şirkəti Qarabağdakı biznes hüquqlarının bərpası üçün beynəlxalq qurumlardan dəstək istəyib

Sənaye Sənaye
Azərbaycanda sənaye zonalarına 171 milyon manat investisiya yatırılacaq

Azərbaycanda sənaye zonalarına 171 milyon manat investisiya yatırılacaq

Sənaye Sənaye
Azərbaycan və Çin anod bloklarının istehsalı sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Çin anod bloklarının istehsalı sahəsində əməkdaşlıq edəcək

Sənaye Sənaye
Çexiya avtomobil və qida sənayesi üzrə Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir

Çexiya avtomobil və qida sənayesi üzrə Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir

Sənaye Sənaye
“Ford” avtomobilləri alıcısının krediti ödəmədiyi təqdirdə salona qayıda biləcək

“Ford” avtomobilləri alıcısının krediti ödəmədiyi təqdirdə salona qayıda biləcək

Sənaye Sənaye
Səudiyyə Ərəbistanı ilk elektromobil markasını təqdim edib

Səudiyyə Ərəbistanı ilk elektromobil markasını təqdim edib

Sənaye Sənaye
ASK-nın şirkəti nizamnamə kapitalını daha 1,5 milyon manat azaldır

ASK-nın şirkəti nizamnamə kapitalını daha 1,5 milyon manat azaldır

Sənaye Sənaye
İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətində yeni təyinat olub

İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətində yeni təyinat olub