Ermənistanla Yunanıstan hərbi sahədə əməkdaşlığı genişləndirəcək

Ermənistanla Yunanıstan hərbi sahədə əməkdaşlığı genişləndirəcək

Ermənistanla Yunanıstan hərbi sahədə əməkdaşlığı genişləndirəcək.

Birxeber.Az xəbər verir ki, İrəvanda səfərdə olan Yunanıstanın müdafiə naziri Nikos Dendiasla erməni həmkarı Suren Papikyan arasında keçirilən görüşdə bununla bağlı razılıq əldə olunub.

Papikyan ölkəsinə rəsmi səfərə gələn Nikos Dendiasla ikitərəfli görüş keçirib, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.

Görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın vəziyyəti müzakirə edilib, ötən ilin sonunda Afinada əldə olunmuş razılaşmalar çərçivəsində görülən işlər və bir sıra yeni əməkdaşlıq istiqamətləri müəyyən edilib.

Ermənistan və Yunanıstan hökumətləri arasında Hərbi-Texniki Əməkdaşlığa dair Saziş ratifikasiya edildikdən sonra hərbi-texniki əməkdaşlığa yeni təkan verilməsi barədə razılıq əldə olunub.

Görüş zamanı tərəflər həmçinin, regional təhlükəsizlik məsələləri ilə bağlı da fikir mübadiləsi aparıb.