Naxçıvanda nəqliyyat sektorunda yük daşımaları artıb

Naxçıvanda nəqliyyat sektorunda yük daşımaları artıb

Cari ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında nəqliyyat sektorunda yük daşınması 487 min ton olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çoxdur.

Bu barədə "Birxeber.Az-Economics"ə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, 2024-cü ilin yanvar ayında 8 milyon 713 min 300 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə isə bu 0,4 faiz çoxdur.

"Həmçinin, yanvar ayında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 101 milyon 220 min 300 manat təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çoxdur", - məlumatda qeyd olunur.