Abşeronda konteyner tipli taxta tikili yanıb - YENİLƏNİB

Abşeronda konteyner tipli taxta tikili yanıb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Yeni Saray yolu adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 30 m² olan konteyner tipli taxta konstruksiyadan ibarət tikili yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.

***

24.01.2024

Saat 23:50

Abşeron rayonunda taxta tikilidə yanğın olub.

APA xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Əraziyə FHN-in canlı qüvvəsi və yanğınsöndürmə texnikası cəlb edilib.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.