Xankəndi – Bakı ultramarafonu başa çatıb

Xankəndi – Bakı ultramarafonu başa çatıb

“İdman həftəsi” çərçivəsində “Qürurla irəli!” şüarı altında ilk dəfə keçirilən Xankəndi – Bakı ultramarafonu başa çatıb.

“Birxeber.Az”un məlumatına görə, Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə təşkil etdiyi yarışın sonuncu mərhələsində idmançılar Qobustandan Bakıya 55 km məsafə qət ediblər.

Artyom Əliyev bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb. O, həmçinin ümumi mərhələnin qalibi olub. Yadigar Hüseynov ikinci, Seymur Şahbazov isə üçüncü yeri tutub.

Qeyd edək ki, fevralın 29-da startı verilən Xankəndi – Bakı ultramarafonunda idmançılar ümumilikdə 380 km məsafə qət ediblər. Yarışda Azərbaycanla yanaşı, Türkiyə (5 nəfər), Meksika (4) və Moldovanın (1) atletləri də mübarizə aparıblar.