Azərbaycanın üzgüçülük komandası Latviyada qızıl medal qazanıb

Azərbaycanın üzgüçülük komandası Latviyada qızıl medal qazanıb

Azərbaycanın üzgüçülük üzrə gənclər və yeniyetmələrdən ibarət millisi Latviyanın paytaxtı Riqada keçirilən turnirdə uğurlu çıxış edib.

Azərbaycan Üzgüçülük Federasiyasından "Report"a verilən məlumata görə, kişilərdən ibarət komanda 4x200 metr məsafədə sərbəst üsulla üzməkdə ən yüksək nəticə göstərərək turnirin qalibi olub.

Bundan başqa, şəxsi yarışlarda açıq yaş qrupunda Əbdürrəhman Rüstəmov 100, 200 metr məsafələrdə batterflay üsulunda gümüş, Oqtay Hüseynov 100, 200 metr batterflay üsulunda bürünc, Süleyman İsmayılzadə 200, 400 və 1500 metr məsafələrdə gümüş, Səid Həmidov 200 mert məsafədə qarışıq üsulda bürünc, Mehri Əbdürrəhmanlı 200 metr məsafədə batterflay üsulunda bürünc mükafat əldə ediblər.

S.İsmayılzadə və M.Əbdürrəhmanlı öz yaşıdları arasında rekordları yeniləyiblər.

Qeyd edək ki, yarışa ilk dəfə rekord sayda, 760 idmançı qatılıb.