Naxçıvanda orta aylıq əməkhaqqı 13 % artıb

Naxçıvanda orta aylıq əməkhaqqı 13 % artıb

2023-cü ildə Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 689 manat təşkil edib.

Bu barədə "Birxeber.Az"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2022-ci illə müqayisədə 12,7 % çoxdur.