ABŞ esminesi husilərin iki raketini vurub

ABŞ esminesi husilərin iki raketini vurub

ABŞ-nin “Grevely” esminesi husilər tərəfindən Ədən körfəzində üzən gəmiyə atılan iki raketi vurub.

“Report” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

CENTCOM açıqlayıb ki, husilər nəzarətləri altında olan Yəmən ərazisindən Ədən körfəzi ilə Amerika bayrağı altında üzən “Maersk Detroit” konteyner gəmisi istiqamətində üç gəmi əleyhinə raket atıblar.

İki raket “Grevely” esminesi tərəfindən məhv edilib, biri isə dəniz sularına düşüb. Gəmi və ekipaj xəsarət almayıb.