Naxçıvan iqtisadiyyatı 1 %-dən çox böyüyüb

Naxçıvan iqtisadiyyatı 1 %-dən çox böyüyüb

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 99 milyon 429 min 700 manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Bu barədə "Birxeber.Az"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 % çoxdur.

Son 1 ildə muxtar respublikada əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri isə 0,6 % artaraq 212 manat olub.

Yanvarda Naxçıvanda 47 milyon 569 min manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 1 il əvvəlki göstəricini 20,6 % üstələyib.