Paşinyan xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsindən azad edib

Paşinyan xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsindən azad edib

Edmon Marukyan xüsusi tapşırıqlar üzrə səfir vəzifəsindən azad edilib.

Birxeber.Az "Armenpress"ə istinadən xəbər verir ki, Ermənistan Respublikasının Baş nazirinin qərarına əsasən, o postundan azad edilib.
"Parlaq Ermənistan" partiyasının sədri Edmon Marukyan 2022-ci il martın 14-də xüsusi tapşırıqlar üzrə səfir təyin edilib.
Fevralın 29-da Edmon Marukyan Baş nazir Nikol Paşinyana vəzifəsindən azad edilməsi barədə ərizə təqdim etdiyini açıqlayıb. Marukyan qərarını fundamental xarici siyasət məsələlərində hakimiyyətlə baxış fərqləri ilə əsaslandırıb.