Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənəcək

Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənəcək

Bu gün ABŞ-ın Nyu-York şəhərindəki Linkoln Mərkəzində Üzeyir Hacıbəyli Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin yekun konserti keçiriləcək.


birxeber.az xəbər verir ki, Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi münasibətilə təşkil edilən müsabiqəyə təqdim olunan əsərlərin ən yaxşıları ABŞ-da nümayiş olunacaq.
Qeyd edək ki, müsabiqə Nyu-Yorkda fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı, Amerika-Azərbaycan Musiqi Fondunun iştirakı, Diasporla İş üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi və Azərbaycanın ABŞ-dakı Səfirliyinin dəstəyi ilə gerçəkləşdirilir.
Müsabiqənin məqsədi Azərbaycan klassik musiqisinin banisi, Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) yaradılmasında misilsiz xidmətlər göstərmiş dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərinin plagiatdan qorunması, geniş təbliğ edilməsi, dünya ictimaiyyətinin diqqətinə çatdırılmasından ibarətdir.
Müsabiqənin mövzuları sırasına ermənilərin öz adlarına çıxdığı Azərbaycan xalq və bəstəkar mahnıları, eləcə də unudulmuş qədim Azərbaycan rəqslərinin melodiyaları əsasında yaradılan kompozisiyalar daxildir.


www.birxeber.az