BMT: İranda edamların sayı 43 faiz artıb

BMT: İranda edamların sayı 43 faiz artıb

İranda 2023-cü ildə edam hökmlərinin icrasının sayı əvvəlki illə müqayisədə 43 faiz artıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə BMT-nin insan hüquqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman sonuncu hesabatında bildirib.

O, insan hüquqları üzrə 42 səhifəlik hesabatında vurğulayıb ki, 2023-cü ildə azı 834 nəfər edam olunub.

Qeyd edək ki, BMT-nin İnsan Hüquqları üzrə Şurasının 55-ci sessiyası fevralın 20-də başlayıb aprelin 6-dək davam edəcək.

Cavid Rəhman Britaniya-Pakistan vətəndaşıdır. O, London Brunel Universitetinin İslam və beynəlxalq hüquq professorudur.