Fransa Rusiyanın "İl-76 təyyarəsi" ilə bağlı BMT TŞ iclasının keçirilməsi tələbini rədd edib - YENİLƏNİB

Fransa Rusiyanın "İl-76 təyyarəsi" ilə bağlı BMT TŞ iclasının keçirilməsi tələbini rədd edib - YENİLƏNİB

Fransa Rusiyanın "İl-76 təyyarəsi" ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsi tələbini rədd edib.

Birxeber.Az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki Daimi Nümayəndəliyi məlumat yayıb

***

Saat 21:08

Rusiya Belqorod vilayətində raketlə vurulan "İl-76" təyyarəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini istəyib.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası ilə Ukrayna arasında əsirlərin mübadiləsi razılaşdırılsa da, Kiyev "İl-76" təyyarəsini vurdu.

Lavrov qeyd edib ki, Kiyevin "İl-76"ya hücumu onun Belqorodda terror metodlarından istifadə etməsi deməkdir.

"Rusiya ümid edir ki, Fransa "İL-76" ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağıracaq", - deyə Rusiya XİN başçısı əlavə edib.