Rusiya Ali Məhkəməsi Nadejdinin prezidentliyə namizəd kimi qeydə alınmaması ilə bağlı şikayətini rədd edib

Rusiya Ali Məhkəməsi Nadejdinin prezidentliyə namizəd kimi qeydə alınmaması ilə bağlı şikayətini rədd edib

Rusiya Federasiyasının Ali Məhkəməsi Boris Nadejdinin prezidentliyə namizəd kimi qeydə alınmaması ilə bağlı şikayətini rədd edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Boris Nadejdinin Mərkəzi Seçki Komissiyası tərəfindən prezidentliyə namizəd kimi qeydiyyata alınmasından imtina qərarı ilə bağlı şikayətə baxılıb.

Ali Məhkəmə siyasətçinin şikayətini rədd edərək, MSK-nın qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, MSK Nadejdinin namizədliyi üçün toplanılan 60 min imzadan 9147-nin etibarısz olduğunu əsas gətirərək onun namizədliyini qeydə almaqdan imtina edib. Rusiyada seçki haqqında qanuna görə, etibarsız imzaların yuxarı həddi 5 faiz təşkil edir.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri bu il martın 15-dən 17-dək keçiriləcək. Dövlət başçısı postu uğrunda hazırkı prezident Vladimir Putin, liberal demokrat partiyasının namizədi Leonid Slutski, komunistlərin namizədi Nikolay Xaritonov və "Yeni insanlar" partiyasının namizədi Vladislav Davankov mübarizə aparacaqlar.