Qəzzada ölən fələstinlilərin sayı 30,5 min nəfəri keçib

Qəzzada ölən fələstinlilərin sayı 30,5 min nəfəri keçib

Qəzza zolağında davam edən hərbi əməliyyatlar nəticəsində 30,5 mindən çox fələstinli ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ötən ilin oktyabrından bəri Qəzzada ölən fələstinlilərin sayı 30 534 nəfərə yüksəlib, 71 920 nəfər isə yaralanıb.

Bildirilib ki, son 24 saat ərzində İsrailin Qəzza zolağını bombalaması və atəşə tutması nəticəsində 124 nəfər ölüb, 210 nəfər isə xəsarət alıb.