Bolqarıstan Xalq Məclisinin nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Bolqarıstan Xalq Məclisinin nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Azərbaycanda səfərdə olan Bolqarıstan Xalq Məclisinin Rosen Dimitrov Jelyazkovun başçılıq etdiyi nümayəndə heyəti martın 4-də Şəhidlər xiyabanını ziyarət edib.

APA xəbər verir ki, nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən nümayəndə heyətinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.