Dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi tədbirləri uğurla davam etdirilir.

DSX-dan Birxeber.Az-ya verilən xəbərə görə, mart ayının 1-də saat 21:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan İslam Respublikası vətəndaşları 1998-ci il təvəllüdlü Hamrai Naqibullah Bəsir oğlu, Qurbani Zabedullah Bəhrhək oğlu və 2003-cü il təvəllüdlü Osmani Fazil Əhməd oğlu saxlanılıblar.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.