Ermənistan SQ Baş Qərargah rəisinin sabiq müavini həbsdən azad edilib

Ermənistan SQ Baş Qərargah rəisinin sabiq müavini həbsdən azad edilib

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin sabiq müavini, general-leytenant Tiran Xaçatryan həbsdən azad edilib.

APA xəbər verir ki, bu barədə onun vəkili Varazdat Arutyunyan bildirib.

Vəkilin sözlərinə görə, məhkəmə qərarı ilə iki ay müddətinə həbs edilən Xaçatryan 5 milyon dram girov müqabilində azad edilib.

Xatırladaq ki, bu il 14 yanvar tarixində Tiran Xaçatryan 2 ay müddətinə həbs edilib.

İrəvan məhkəməsi müvafiq qərar qəbul edib, onun barəsində odlu silahdan istifadə etməklə xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.