Gürcüstanın təhsil, elm və gənclər naziri ilə ADA Universitetində görüş keçirilib

Gürcüstanın təhsil, elm və gənclər naziri ilə ADA Universitetində görüş keçirilib

Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilakhvari Azərbaycanda səfəri çərçivəsində ADA Universitetini ziyarət edərək rektor Hafiz Paşayevlə görüşüb.

"Birxeber.Az" xəbər verir ki, görüşdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Elm və Təhsil Nazirliyinin və ADA Universitetinin rəhbər şəxsləri, eləcə də Gürcüstandan olan nümayəndə heyəti iştirak ediblər.

Görüş zamanı Azərbaycan ilə Gürcüstan arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri, müəllim və tələbə mübadiləsi, birgə elmi tədqiqatların aparılması kimi məsələlər müzakirə edilib.