Əmircanda evdən altı min manatlıq oğurluq olub

Əmircanda evdən altı min manatlıq oğurluq olub

Əmircan qəsəbəsi ərazisində evlərin birindən 3100 manat pul və 3300 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb.

Bu barədə "Birxeber.Az"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Oğurluqda şübhəli bilinən Mehman Süleymanov və Baloğlan Mehtiyev müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.