TÜRKPA-nın komissiya sədri AŞPA-nın Azərbaycana qarşı təzyiqlərini pisləyib

TÜRKPA-nın komissiya sədri AŞPA-nın Azərbaycana qarşı təzyiqlərini pisləyib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bütün təzyiqlərinə baxmayaraq biz hər zaman qardaş Azərbaycanın yanında olacağıq.

"Birxeber.Az" xəbər verir ki, bunu TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin deputatı Osman Mesten TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının martın 4-də Bakıda keçirilən XI iclasında deyib.

O hesab edir ki, türk dövlətləri arasındakı əlaqələrin güclənməsi dostlarda güvən yaradacaq, düşmənin canına qorxu salacaqdır: "Türk Dövlətləri Təşkiları başda olmaqla bir çox beynəlxalq təşkilatlarla əlaqələri daha da inkişaf etdirməliyik. Həmçinin, qardaş Özbəkistan və Türkmənistanı da TÜRKPA üzv dövlətləri sırasında görmək istəyirik".

O.Mesten Azərbaycan-Ermənistan münasibətlərindən danışarkən qeyd edib ki, iki ölkə tarixləri boyunca sülhə ilk dəfədir ki, bu qədər yaxındır.