“Qarabağ”ın rəqibi Bundesliqada unikal göstəriciyə imza atıb

“Qarabağ”ın rəqibi Bundesliqada unikal göstəriciyə imza atıb

“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində rəqibi olan Almaniyanın “Bayer 04” klubunun baş məşqçisi Xabi Alonso Bundesliqada unikal göstəriciyə imza atıb.

“Birxeber.Az” xəbər verir ki, komandası onun rəhbərliyi altında keçirdiyi ilk 50 görüşün 33-də qələbə qazanmaqla bunu reallaşdırıb.

İspaniyalı mütəxəssis Bundesliqa tarixində ilk 50 matçında ən çox qalibiyyət sevinci yaşayan üçüncü çalışdırıcı olub. O, yalnız “Bavariya”nın sabiq baş məşqçiləri Hans-Diter Flik və Pep Qvardioladan geri qalır. Flik təyinatından sonrakı 50 qarşılaşmanın 40-da, rekordçu Qvardiola isə 42-də qələbəyə sevinib.

Qeyd edək ki, “Bayer 04” hazırda 64 xalla Bundesliqaya başçılıq edir. Leverkuzen təmsilçisi növbəti oyununu martın 7-də Bakıda “Qarabağ”a qarşı keçirəcək.