Haitinin paytaxtında fövqəladə vəziyyət və komendant saatı tətbiq edilib

Haitinin paytaxtında fövqəladə vəziyyət və komendant saatı tətbiq edilib

Haitinin paytaxtı Port-o-Prensində minlərlə məhbusun həbsxanadan qaçması səbəbindən fövqəladə vəziyyət və komendant saatı tətbiq olunub.

“Birxeber.Az” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, xüsusilə polisə komendant saatını tətbiq etmək və cinayətkarları tutmaq üçün bütün mövcud vasitələrdən istifadə etmək səlahiyyəti verilib.

Xatırladaq ki, daha əvvəl silahlı qruplaşmaların Port-o-Prensində yerləşən Haitinin əsas həbsxanasını ələ keçirdikləri barədə məlumat verilmişdi. Ümumilikdə 3,6 mindən çox insan həbsxanadan qaçıb.

Atışmalar nəticəsində 10 nəfərin öldüyü barədə məlumat verilmişdi.