Azərbaycan millisi Albaniya ilə yoldaşlıq görüşü keçirəcək

Azərbaycan millisi Albaniya ilə yoldaşlıq görüşü keçirəcək

Futbol üzrə Azərbaycan millisi Albaniya ilə yoldaşlıq görüşü keçirəcək.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “pamfleti.net” saytı məlumat yayıb.

Bildirilib ki, qarşılaşma iyunun 7-də Avstriyanın Qrats şəhərində təşkil olunacaq və yerli vaxtla saat 20:45-də başlayacaq. Bu, AVRO-2024-ə hazırlıq çərçivəsində Albaniyanın son sınaq matçı olacaq.

Qeyd edək ki, Albaniya yığması Avropa çempionatının B qrupunda İspaniya, Xorvatiya və İtaliya ilə mübarizə aparacaq. Albanlar ilk oyunlarını iyunun 15-də İtaliyaya qarşı keçirəcəklər.