Göyçayda baş verən qəzada ölənlərin adları məlum olub - FOTO - YENİLƏNİB-1

Göyçayda baş verən qəzada ölənlərin adları məlum olub - FOTO - YENİLƏNİB-1

Göyçay rayonunun Müskürlü kəndi ərazisində “Kia” markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Xəqani Bağırovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Birxeber.Az-nın Şirvan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, müxtəlif bədən xəsarətləri alan sürücü, eləcə də iki sərnişini, 1991-ci il təvəllüdlü Asif Gülməmmədov və Elçin Əsgərov hadisə yerində ölüb, digər bir sərnişin isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb.

***

01:49

İlkin məlumata əsasən, Göyçay-Ucar yolunda baş vermiş qəzada 3 nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.

Birxeber.Az-nın Şirvan bürosu xəbər verir ki, hazırda üçüncü şəxsin meyiti kanaldan çıxarılır. Bildirilir ki, "Kia" markalı avtomobil idarəetməni itirərək kanala düşüb.

***

01.18

Göyçay-Ucar avtomobil yolunda ağır qəza baş verib.

Birxeber.Az-nın Şirvan bürosu xəbər verir ki, ilkin məlumata əsasən hadisə zamanı iki nəfərin dünyasını dəyişdiyi, bir neçə nəfərin agir yaralandığı bildirilir.

Hazırda əraziyə Göyçay təcili tibbi yardım briqadasının əməkdaşları və polis cəlb olunub. Yaralıların Ucar rayon mərkəzi xəstəxanasına aparıldığı bildirilir. Əlavə məlumat veriləcək.