“Brent” markalı neftin qiyməti artıb

“Brent” markalı neftin qiyməti artıb

Bəzi “OPEC+” ölkələrinin könüllü neft hasilatının azaldılmasını ilin ikinci rübündə də uzatmaq qərarından sonra neft qiymətləri cüzi artıb.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 1 barel üçün 83,67 ABŞ dolları təşkil edib və bu da əvvəlki sessiyanın yekun qiymətindən 0,13 % çoxdur.

Nyu-York əmtəə birjasında “WTI” markalı neftin aprel fyuçersləri 0,11 % bahalaşaraq 1 barel üçün 79,98 ABŞ dolları olub.