HƏMAS ABŞ-nin təklif etdiyi girov mübadiləsi formulunu rədd edib

HƏMAS ABŞ-nin təklif etdiyi girov mübadiləsi formulunu rədd edib

Fələstinin HƏMAS hərəkatı ABŞ-ın təklif etdiyi formul üzrə girov mübadiləsindən imtina edib.

Birxeber.Az-nın məlumatına görə, bu barədə “The New York Times” öz mənbələrinə istinadən məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, amerikalılar 40 israilli girovu yəhudi dövlətinin həbsxanalarında olan yüzlərlə fələstinli ilə dəyişməyi təklif ediblər.

Qeyd olunur ki, belə sazişlər fevralın 23-də Parisdə ABŞ, Misir və Qətər nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə təqdim edilib.