Türkiyədə zəncirvari yol qəzasında 3 nəfər ölüb, 6 nəfər yaralanıb

Türkiyədə zəncirvari yol qəzasında 3 nəfər ölüb, 6 nəfər yaralanıb

Türkiyənin Nevşehir şəhərində üç avtomobilin iştirakı ilə baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsi üç nəfərin ölümü, altı nəfərin yaralanması ilə nəticələnib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “TRT Haber” bildirib.

Telekanala görə, hadisə Nevşehir – Kayseri şosesinin Bozca qovşağının yaxınlığında olub.

Ölən və yaralıların adları hələ açıqlanmayıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.