Salyanda yol qəzası olub, xəsarət alanlar var

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Salyanda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi bir neçə nəfərin yaralanması ilə nəticələnib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Dayıkənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Jiquli” markalı avtomobil digər avtomobillə toqquşub. Qəza nəticəsində rayonun 2007-ci il təvəllüdlü Əzizov Müşfiq Hilal oğlu və Cəlilabad rayon sakini 2000-ci il təvəllüdlü Əzizov Cəmil İbad oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.