Çexiyalı diplomatları təyyarə problemlərinə görə Hindistanı tərk edə bilməyiblər

Çexiyalı diplomatları təyyarə problemlərinə görə Hindistanı tərk edə bilməyiblər

Çexiyalı diplomatlar təyyarədə yaranmış texniki nasazlıq səbəbindən Hindistanın Mumbay şəhərinin hava limanını tərk edə bilməyiblər.

“Report” xəbər verir ki, bu barədə “ČT1” məlumat yayıb.

Bu yaxınlarda Yaponiya və Avstraliyada səfərdə olan Çexiyanın xarici işlər naziri Yan Lipavski və Çexiya nümayəndə heyətinin digər üzvləri müvəqqəti olaraq vətənlərinə qayıda bilmirlər.