Ombudsman: Mina xəritələrinin Azərbaycana verilməsi üçün beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməlidir

Ombudsman: Mina xəritələrinin Azərbaycana verilməsi  üçün beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməlidir

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ağdamın Əhmədağalı kəndində baş vermiş mina partlayışına münasibət bildirib.

Ombudsman Aparatından APA-ya verilən xəbərə görə, Ombudsman bildirib ki, Ermənistanın otuz ilə yaxın işğal dövründə torpaqlarımızda basdırdığı minalar mülki şəxslərin və hərbi qulluqçuların həyat və sağlamlığına ciddi təhlükə yaratmaqda davam edir: "Növbəti mina qurbanı təsərrüfatla məşğul olan mülki şəxs olmuşdur. Belə ki, 2024-cü il 3 mart tarixində Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində bir mülki şəxs ağır yaralanıb.
İkinci Qarabağ müharibəsindən indiyədək 340-dan çox soydaşımız minaya düşərək həlak olub və ya xəsarət alıb.
Beynəlxalq ictimaiyyət Ermənistan hakimiyyətinə torpaqlarımızda basdırılmış minaların dəqiq xəritələrini ölkəmizə təqdim etməsi üçün ciddi təzyiq göstərməlidir".