Küveyt neft hasilatının könüllü azaldılmasını uzadıb

Küveyt neft hasilatının könüllü azaldılmasını uzadıb

Küveyt neft hasilatının əlavə könüllü azaldılmasını ikinci rübdə uzadıb.

“Birxeber.Az” “Kuna”ya istinadən xəbər verir ki, bu barədə neft naziri İmad əl-Atiqi bildirib.

Qeyd olunub ki, Küveyt birinci rübdə hasilatı sutkada 135 min barel azaldıb və növbəti rüb üçün tədbirlərin uzadılmasını elan etmiş ilk OPEC+ ölkəsi olub. Eyni zamanda, “Bloomberg”in məlumatına görə, həm Küveyt, həm də oxşar öhdəliklər götürmüş digər dövlətlər neft hasilatının azaldılmasını 2024-cü ilin iyun ayına qədər uzatmağa razılaşıblar.