Rusiya "İl-76" təyyarəsinin vurulması ilə bağlı BMT TŞ-nin təcili iclasının keçirilməsini istəyib

Rusiya "İl-76" təyyarəsinin vurulması ilə bağlı BMT TŞ-nin təcili iclasının keçirilməsini istəyib

Rusiya Belqorod vilayətində raketlə vurulan "İl-76" təyyarəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini istəyib.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası ilə Ukrayna arasında əsirlərin mübadiləsi razılaşdırılsa da, Kiyev "İl-76" təyyarəsini vurdu.

Lavrov qeyd edib ki, Kiyevin "İl-76"ya hücumu onun Belqorodda terror metodlarından istifadə etməsi deməkdir.

"Rusiya ümid edir ki, Fransa "İL-76" ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağıracaq", - deyə Rusiya XİN başçısı əlavə edib.