Şəkidə 42 yaşlı kişini maşın vurub

Şəkidə 42 yaşlı kişini maşın vurub

Şəkidə yol nəqliyyat hadisəsi zamanı piyada vurulub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 20 radələrində Şəki-Oğuz şosesində baş verib.

Şəki şəhər sakini, 1982-ci il təvəllüdlü Murad Oktay qızı Məmmədovu "VAZ 21099" markalı minik avtomobili vurub.

Hadisə zamanı müxtəlif dərəcəli xəsarətləri alan M. Məmmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.